ABŞ-la əlaqələri tamamilə kəsmək yaxşı düşünülməmiş ideyadır.
APA xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.
“Bəzi insanlar Avropanın ABŞ-la tərəfdaşlıq əlaqələrini kəsməsini tələb edir. Mən bu məsələ ilə bağlı narahatlıq və qayğıları yaxşı anlayıram. Hətta bəzi narahatlıqları bölüşürəm də. Amma, əlaqələri kəsməklə bağlı iddialar yaxşı düşünülməmiş fikirlərdir. Bu fikirlər Avropadakı geosiyası vəziyyəti nəzərə almır”,- Merts bildirib.
Almaniya kansleri Çinin qlobal təsiri ilə bağlı danışarkən qeyd edib ki, Çin strateji səbr vasitəsilə dünyada geosiyası nizamı yenidən formalaşdırmağa çalışır və bu ölkə hərbi sahədə ABŞ-la eyni səviyyədə ola bilər.
“Çin sistemli şəkildə başqalarının asılılıqlarını beynəlxalq sistemi öz lehinə dizayn etmək üçün istifadə edir”,- Merts vurğulayıb.