EN

“Abbasov Putin əlaqəsinin yarandığı illər ...” Politoloq

ain.az bildirir, Bakupost portalına istinadən.

“Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qələbə qazanmaqla yanaşı qonşu ölkənin illər ərzində Dağlıq Qarabağda yerləşdirdiyi hərbi texnikanı da məhv etdi. Məhv edilən hərbi texnikanın tamamı keçmiş SSRİ və Rusiya istehsalı idi. Bu yerdə 1997-ci ildə böyük qalmaqala səbəb olan hadisəyə müraciət etməyi lazım bilirəm. Həmin ilin aprel ayında Rusiya Dövlət Dumasının Müdafiə məsələləri komitəsinin rəhbəri Lev Roxlin parlamentin qapalı iclasında Rusiyanın Ermənistana qanunsuz şəkildə 1 milyard dollar dəyərində silah və hərbi texnika göndərdiyini bildirdi. Roxlin bu açıqlamasının üstündən bir il keçmiş bağ evində qətlə yetirildi”.

Bakupost.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu bildirib.Politoloq qeyd edib ki, Roxlinin ifşaedici çıxışı Azərbaycanda da böyük-əks səda yaratdı: “Təsadüfi deyil ki, 1997-ci ildə Rusiyaya rəsmi səfər edən mərhum Prezient Heydər Əliyevin Ermənistana ötürülən qanunsuz silahlar məsələsini qonşu ölkənin Prezident Boris Yeltsin qarşısında qaldırdı. Rusiya Prezidenti məsələnin araşdırılması məqsədilə ortaq komissiyanın yaradılması haqqında qərar vermək məcburiyyətində qaldı. Ancaq komissiyanın fəaliyyəti nəticə vermədi. Çünki, Boris Yetlsinin qərarına baxmayaraq, Rusiya tərəfi məsələni araşdırmaqda maraqlı deyildi. Rusiyanın hazırki Prezidenti Vladimir Putin 1997-ci ildə Rusiya Baş Nəzarət İdarəsinin rəhbər idi. Boris Yeltsin Rusiya Müdafiə Nazirliyində Ermənistana hərbi texnikanın göndərilməsiylə bağlı araşdırmanı məhz Vladimir Putinə tapşırmışdı”. E.Şahinoğlunun sözlərinə görə, Vladimir Putin həmin ildə “Kommersant” qəzetinə müsahibəsində bildirirdi ki, araşdırmanın nəticəsi olaraq guya o zamankı müdafiə naziri Pavel Qraçovun Ermənistana silah və hərbi texnika ötürməsi barədə xəbəri təsdiq olunmayıb: “Putin rəhbəri olduğu Baş Nəzarət İdarəsinin araşdırma apardığını və ölkə rəhbərliyinin Ermənistana hərbi texnika göndərdməsi barədə qərarının olmadığı qənaətinə gəldiyini deyib. Bu zaman Putin Prezident Boris Yeltsinin 1993-cü ildə münaqişədə olan Azərbaycanla Ermənistana hərbi texnika satışının qadağan olunması fərmanını xatırlayır. Buna baxmayaraq, Putin müsahibəsində Ermənistana hərbi texnika göndərilməsi faktını təsdiq edir. O jurnalistin “Ermənistana hərbi texnika göndərənlər bəllidirmi” sualına belə cavab verir: “Bəli, isimlər mənə bəllidir, ancaq onların adlarını çəkmək istəmirəm”. Putin həm də onu etiraf edir ki, Ermənistana hərbi texnika ötürənlər Rusiya Müdafiə Nazirliyinin əməkdaşlarıdır. Belə olan halda Putinin “Pavel Qraçovun xəbəri olmayıb” sözləri məntiqsiz səslənirdi. Azərbaycanın Rusiyadakı o zamankı səfiri Ramiz Rizayev isə Putindən fərqli olaraq Ermənistana hərbi texnikanın göndərilməsinə Pavel Qraçovun şəxsən qərar verdiyini söyləmişdi. Maraqlıdır ki, Pavel Qraçovdan sonra müdafiə naziri təyin olunan İqor Rodionov Ermənistana hərbi texnika göndərdildiyini təsdiq etmişdi. Rusiyada buna görə heç kim cəzalandırılmadı. Ermənistan həmin hərbi texnika hesabına Qarabağda hərbi mövcudiyyətini gücləndirdi”. Politoloqun sözlərinə görə, xatırlatmaq yerinə düşər ki, Rusiyanın Ermənistana hərbi texnikanın göndərilməsiylə bağlı yaradılan komissiyaya Azərbaycan tərəfdən baş nazirin o zamankı müavini Abbas Abbasov başçılıq edirdi: “Abbas Abbasov 2001-ci ildə “Exo” qəzetinə verdiyi müsahibədə Rusiyanın Boris Yeltsinin fərmanına zidd olaraq Ermənistana hərbi texnika göndərildiyini təsdiq etsə də, “Rusiya ilə münasibətlərdə gərginlik yaradılmasının tərəfdarı deyiləm” kimi cümlə də işlətmişdi. Abbas Abbasov müsahibəsində bəzilərinin bu mövzunun beynəlxalq təşkilatlara daşınmasını təklif etdiyini söyləmişdi. Abbas Abbasov bu təklifin əleyhinə olduğunu belə izah etmişdi: “Minsk Qrupunun həmsədri kimi Rusiyaya inamımız var və hərbi texnikanın geri qaytarılması mümkündür”. Abbas Abbasovun işğalçı Ermənistana 1 milyard dollar civarında hərbi texnika göndərən ölkəyə Azərbaycanın inamının olduğu barədə sözləri məntiqsiz idi. Abbas Ababsov müsahibəsində Vladimir Putinin Prezident seçilməsiylə Müstəqil Dövlətlər Birliyinin canlanmasından məmnunluğunu da gizlətmirdi. Görünür, ikili arasında əlaqə məhz o illərdə yaranmışdı”.“Azərbaycan İkinci Qarabağ müharibəsində Rusiyanın Ermənistana qanunsuz ötürdüyü həmin hərbi texnikanı darmadağın edib. Ancaq 30 il əvvəl baş verənləri gərək unutmayaq. Birincisi, Rusiya Azərbaycan torpaqlarının işğalı məqsədilə illər boyu Ermənistana havayı hərbi texnika göndərib. İkincisi, bu məsələni araşdırmaq məqsədilə təsis edilən komissiyanın işi subyektiv səbəblərdən nəticəsiz qalıb”, – deyə Elxan Şahinoğlu bildirib.. Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
www.bakupost.az

2Sources