EN

Çin Ukraynaya humanitar yardım paketi AYIRACAQ – FOTO

Çin Ukraynaya energetika sahəsində humanitar yardım paketi ayıracaq.

İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.

Nazir bildirib ki, o, bu gün Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə danışıqlar aparıb.

Görüşün nəticəsi olaraq məlum olub ki, Çin tərəfi Ukraynaya energetika sahəsində xüsusi humanitar yardım paketi təqdim edəcək.

Tərəflər ikitərəfli münasibətləri və enerji təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
3
1
interpress.az

2Sources