EN

Sərnişin təyyarəsi qarda ilişdi

Kanadada "Embraer E195-E2" tipli sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxıb.

Publika.az yerli mediaya istinadən xəbər verir ki, "Porter Airlines" şirkətinə məxsus təyyarə Kanadanın Toronto şəhərindən ümumilikdə 64 sərnişinlə havaya qalxıb.

Təyyarə "Halifax Stanfield" beynəlxalq hava limanına eniş etdikdən sonra sürüşərək zolaqdan çıxıb və qarda ilişib qalıb. Sərnişinlər 2,5 saatlıq əməliyyatdan sonra təxliyə edilib və heç kim xəsarət almayıb.

Kanada Nəqliyyat Təhlükəsizliyi Şurası təyyarəyə heç bir ziyan dəymədiyini və hadisə ilə bağlı araşdırma aparılacağını açıqlayıb.

Chosen
22
publika.az

1Sources