EN

Qarabağı könüllü tərk edən 30 min erməni Ermənistan vətəndaşlığı alıb


Qarabağı könüllü tərk edən 30 min erməni Ermənistan vətəndaşlığı alıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri Arpine Sarkisyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin dekabr ayında onların sayı 26 mindən bir qədər çox olub.
Nazir vətəndaşlıq alanların əksəriyyətinin 2025-ci ilin ikinci yarısında müraciət edənlər olduğunu bildirib.
O, vətəndaşlığın alınması prosesinin əhəmiyyətli dərəcədə sadələşdirildiyini və sürətləndirildiyini qeyd edib.
Sarkisyan bildirib ki, əvvəllər müvafiq platformaya gündə 40 müraciət daxil olurdusa, hazırda bu müraciətlərin sayı 200-ə çatıb.
Chosen
18
yeniavaz.com

1Sources