EN

Bu formada arıqlama iynəsi vursanız, ölə bilərsiniz

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyəli aktrisa Gözde Seda Altuner arıqlamaq üçün iynədən istifadə etdiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, aktrisa bunu kiməsə məsləhət görmədiyini, həkim nəzarəti altında ediləcək prosedur olduğunu vurğulayıb: 

"Çox arıqlamısan", "Necə arıqladın?", "İynə istifadə etdin, onu etdin, bunu etdin?" Bəli, iynə istifadə etdim. Onsuz da bu dövrdə istifadə etməyən çox az adam qalıb. Amma əlbəttə ki, bu, həkim nəzarəti olmadan ediləcək bir şey deyil. Həkim nəzarətində o məşhur iynələrdən birini mən də tətbiq etdirdim və arıqlamağa davam edirəm. Yəni tibbi bir müdaxilə oldu. Dostlar, bunu suallara dürüst cavab vermək üçün açıqladım. "Sadəcə sağlam qidalanıram və müntəzəm idman edirəm" deməmək üçün. Bu arada sağlam qidalanıram və idman da edirəm, amma təkcə bununla bitmir. Müəyyən yaşdan sonra arıqlamaq asan deyil.

Bəzi suallar məni qorxutdu. Açıq deyim: Həkim nəzarəti olmadan istifadə etsəniz, ölə bilərsiniz. Öləndən sonra isə arıq olmağın heç bir mənası yoxdur. Onsuz da arıq olmağın yaşarkən də o qədər böyük mənası yoxdur, amma həkimlər "arıqlayın" deyirlər. İzah edə bildim? Ölərsiniz, qətiyyən etməyin!".

Qeyd edək ki, Gözde son oplaraq "Çift kişilik oda" serialında rol alıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
axsam.az

1Sources