EN

Sosial xidmət müəssisəsinin sakinləri yeniyetmələrin ölkə çempionatında II yerə çıxıblar

BAKI,TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri İradə Çeredelina və Sara Kərimova qadın güləşi üzrə yeniyetmələrin ölkə çempionatında II yerin qalibi olublar.

TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Onlar Gənclər və İdman Nazirliyi tərəfindən medal və diplomlarla təltif ediliblər.

Qeyd edək ki, Gəncə İdman Sarayında təşkil olunan qadın güləşi üzrə U15 və U17 birinciliklərində 80-dən çox gənc idmançı iştirak edib.

Yarışda fərqlənən idmançıların gələcəkdə milli komandanın tərkibinə cəlb olunması və beynəlxalq yarışlarda ölkəmizi təmsil etməsi nəzərdə tutulur.

Chosen
4
3
turkic.world

4Sources