"Barselona" İspaniya Kral Futbol Federasiyasına (RFEF) şikayət etmək niyyətindədir.
Publika.az xəbər verir ki, klub Kral kubokunun yarımfinalının "Atletiko"ilə ilk oyununda (0:4) qeydə alınan mübahisəli hakim qərarlarından narazı qalıb.
Müdafiəçi Pau Kubarsinin qolunun VAR tərəfindən uzun müddət yoxlanılması "Barsa" rəhbərliyini təəccübləndirib. Yarı-avtomatlaşdırılmış ofsayd sistemi işləmədiyi üçün qol etibarsız sayılıb və bu, Kataloniya təmsilçisində böyük məyusluq yaradıb. Hakimlərin Texniki Komitəsinin izahatı isə klubu razı salmayıb.
Komanda həmçinin bütün oyun boyu meydandakı hakim qərarlarından narazı qalıb, xüsusilə Juliano Simeonenin Alexandro Baldeyə etdiyi foulun qırmızı vərəqə ilə cəzalandırılmaması "Barselona"nı əsəbiləşdirib.