EN

Güləş üzrə U17 Azərbaycan çempionatı başa çatıb

“MyGroup” Holdingin baş sponsorluğu və “AzerGold” şirkətinin fəxri sponsorluğu ilə yunan-Roma və sərbəst güləş üzrə U17 Azərbaycan çempionatı başa çatıb.

Gəncə İdman Sarayında təşkil olunan yarışın dördüncü və beşinci günündə sərbəst güləşdə 45, 51, 60, 71, 92, 48, 55, 65, 80 və 110 kiloqramda qaliblər müəyyənləşib.

45 kiloqram çəkidə Tunar Həsənov (Gəncə, AHİTA) 1-ci yer, Sərxan Musayev (Qax, ROİL) 2-ci yer,  İbrahim Nazarov (ROİL, “Neftçi”), Süleyman Şirinov (Gimnaziya) 3-cü yer.

51 kiloqram çəkidə İbrahim Həsənov (Gəncə, “Mywrestling”) 1-ci yer, Əkbər Əsgərov (Abşeron, “Neftçi”) 2-ci yer, Musa Tağıyev (Gəncə, Təhsil-1), Hüseyn Mehrabov (Astara) 3-cü yer.

60 kiloqram çəkidə Vahid Məmmədov (Mywrestling) 1-ci yer, Ruhid İspərov (Lənkəran) 2-ci yer, Elcan Həsənov (Gimnaziya), Xəzər Səfərli (Siyəzən) 3-cü yer.
71 kiloqram çəkidə Tunar Quliyev (Gəncə, “Neftçi”) 1-ci  yer, Həsən Həsənov (Neftçi) 2-ci yer, Müslim Buşdiyev (Zaqatala), Ruslan Vəliyev (ROİL) 3-cü yer.

92 kiloqram çəkidə Elgün Kərimli (Lənkəran) 1-ci yer, Fərid İsmayılov (“Neftçi”, Təhsil) 2-ci yer, Sabir Məmmədzadə (Təhsil), Möhlət Qasımov (Gimnaziya, Cəlilabad) 3-cü yer.

Azərbaycan çempionatının 5-ci  günündə isə digər çəki dərəcələrində qaliblər müəyyənləşib. 

48 kiloqram çəkidə Hüseyn Rzazadə (Cəlilabad, Mywrestling) 1-ci yer, Toğrul Əliyev (Cəlilabad, Mywrestling) 2-ci yer, Nurxan İsmayılov (Abşeron, AHİTA), Həzrət Müzəffərov (Gəncə,Təhsil-1) 3-cü yer.

55 kiloqram çəkidə Abbas Şəfiyev (Lənkəran) 1-ci yer, Əliağa Süleymanov (Gəncə,Təhsil-1) 2-ci yer, Əlirza Heybətli (Abşeron, Mywrestling), Şirzad Hüseynov (Gəncə, AHİTA) 3-cü yer.

65 kiloqram çəkidə Rəşid Nazarov (ROİL,”Neftçi”) 1-ci yer, Ramal Məmmədoğlu (Mywrestling) 2-ci yer, Məhərrəm Babayev (Şəmkir), Xamis Zamanov (Zaqatala) 3-cü yer.

80 kiloqram çəkidə Nihad Süleymanlı (“Neftçi”,Təhsil) 1-ci yer, Elvin Hacıquliyev (Xaçmaz) 2-ci yer, Tural Eynullayev (Masallı), Elvin Nəcəfzadə (Təhsil) 3-cü yer. 

110 kiloqram çəkidə Hakim Tağıyev (ROİL, “Neftçi”) 1-ci yer, Khabib Zokhraev (AGF) 2-ci  yer, Məhəmməd Cəfərov (Goranboy), Nicat Mustafayev (Neftçi) 3-cü yer.

Qabil YUSİFOĞLU
XQ

 

Chosen
44
12
xalqqazeti.az

10Sources