EN

Azərbaycan çempionatında tay-brek günü

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk iştirakçıları müəyyənləşib. 

1/8 finalda keçirilən iki partiyanın nəticəsinə əsasən Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Read Səmədov, Əhməd Əhmədzadə, Məhəmməd Muradlı növbəti mərhələyə yüksəlib. Rauf Məmmədov–Şiroğlan Talıbov və Xaqan Əhməd–Nicat Abasov cütlüyündə qalib hazırda davam edən tay-brekdə məlum olacaq. 

Qadınların yarışında Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova 1/4  finala vəsiqə qazanıb. Gövhər Beydullayeva–Nərmin Abdinova qarşılaşmasında növbəti mərhələyə vəsiqənin taleyi tay-brekdə müəyyənləşəcək.  

Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq. 

Qabil YUSİFOĞLU
XQ

 

Chosen
8
8
xalqqazeti.az

10Sources