ain.az bildirir, Bizim media portalına istinadən.
Qusarda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ildönümü münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunubFevralın 13-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 14-cü ili tamam olur. Ölkə başçısı İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu günlə əlaqədar Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH Başçısı Aparatının məsul şəxsləri, bir qrup idarə, müəssisə rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin rəisi polkovnik-leytenant Fuad Hüseynov və kollektivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
Qusar icra başçısı Sahir Məmmədxanov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyini və bütün kollektivini, o cümlədən Qusar rayon şöbəsinin əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzu edib.
Dövlət Xidmətinin Qusar rayon şöbəsinin rəisi Fuad Hüseynov onlara göstərilən diqqət və qayğıya, dəstəyə görə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanova minnətdarlığını bildirib. Bundan sonra da rəhbərlik etdiyi kollektiv tərəfindən qarşıya qoyulmuş vəzifə və tapşırıqların yüksək peşəkarlıqla icra olunacağını qeyd edib.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.