EN

Mərkəzi Asiya Almaniya sammiti keçirilə bilər

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mərkəzi Asiya ölkələrinin liderlərinin iştirakı ilə Almaniya-Mərkəzi Asiya sammiti keçirilə bilər.Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, sözügedən məsələ Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin Berlində keçirilən görüşü zamanı müzakirə olunub.Tərəflər qarşılıqlı münasibətlərin sürətlə inkişaf etdiyini qeyd ediblər və “Mərkəzi Asiya-Almaniya” formatında tərəfdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyiblər.Söhbət zamanı ticarət, iqtisadi və investisiya əməkdaşlığının əhatə dairəsinin genişləndirilməsinə, nəqliyyat və tranzit zəncirinin gücləndirilməsinə və birgə enerji layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.İştirakçılar davamlı inkişafın təmin edilməsi, iqlim dəyişikliyi ilə mübarizə, o cümlədən regionda buzlaqların əriməsi problemi ilə mübarizə üçün səylərin əlaqələndirilməsinin vacibliyi barədə yekdilliklə razılığa gəliblər.Ştaynmayer öz növbəsində Almaniyanın Mərkəzi Asiya ölkələri ilə çoxşaxəli əməkdaşlığı daha da gücləndirməkdə maraqlı olduğunu təsdiqləyib.Anar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
newscenter.az

1Sources