EN

Kəlbəcərdə itkin düşən şəxsin nəşi tapılıb

1993-cu ildə Kəlbəcər rayonundan itkin düşmüş Bahadur Məhəmməd oğlu Kamalovun nəşi tapılıb.

Publika.az xəbər verir ki, yaxın günlərdə mərhumun nəşi ailəsinə təhvil veriləcək.

Bahadur Kamalovun oğlu Oqtay Kamalov Teleqraf-a açıqlamasında faktı təsdiqləyib.

O bildirib ki, atasının nəşi Kəlbəcərdə dəfn olunacaq.

Chosen
16
1
publika.az

2Sources