EN

Siyarto Macarıstan hökumətinin çətinliklərinə görə Zelenskinigünahlandırdı

Ukrayna Rusiyadan Macarıstana neft tədarükünü dayandırıb, bu addım parlament seçkiləri öncəsi Macarıstan hökumətinə çətinlik yaratmaq məqsədi daşıyır.

Redaktor.az xəbər verir ki, bu barədə Peter Siyarto M1 televiziya kanalına açıqlamasında məlumat verib.

Nazir bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski Macarıstana Drujba boru kəməri ilə neft tədarükünün bərpasına icazə verməmək barədə siyasi qərar qəbul edib, baxmayaraq ki, heç bir texniki və ya texnoloji səbəb tədarükün bərpasına mane olmur.

Siyarto qeyd edib: "Onlar Macarıstanın enerji təhlükəsizliyini təhlükəyə atmaq istəyirlər. Zelenski ölkənin enerji təchizatına mane olmaqla qarşıdan gələn parlament seçkilərində mövcud hökumət üçün çətin vəziyyət yarada biləcəyini düşünür".

Aminə ŞAHSUVARQIZI

Chosen
142
redaktor.az

1Sources