EN

Uşaqlara peyvənd vurulmadan əvvəl nələrə diqqət edilməlidir? Həkimdən AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Uşaq peyvəndə gedən zaman xəstələnib-xəstələnmədiyinə diqqət etməliyik".

Redaktor.az xəbər verir ki, bunu həkim-pediatr Günay Rəsulova sosial şəbəkəsində uşaqlara peyvənd vurulmadan öncə nələrə diqqət edilməli olduğundan danışarkən bildirib.

Pediatr qeyd edib ki, peyvənd zamanı qrip əlamətləri, asqırma, öskürmə, qızdırma və s. olmamalıdır:

"Tək-tək asqırmalar, nadirən öskürmə olanda, ciyər və boğaz təmizdirsə, peyvənd vura bilərik. Peyvənd öncəsi mütləq qan analizi olmalıdır deyə bir anlayış yoxdur. Peyvənd öncəsi ümumi həkim müayinəsi bəsdir. Uşağın boğazına baxdıq, ciyərini dinlədiksə, rahat-rahat peyvəndimizi vura bilərik. Peyvənd vurulduqdan sonra ən az 30-40 dəqiqə xəstəxanada qalmaq uşaq üçün kifayətdir".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
redaktor.az

2Sources