EN

Olimpiada 2026: bu gün beş idman növündə medallar oynanılacaq

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Bu gün, 13 fevralda Milan və Kortina-d’Ampeççoda keçirilən Qış Olimpiya Oyunlarında bir neçə növdə medal uğrunda yarışlar baş tutacaq.

İdman.Biz xəbər verir ki, xizək yarışlarında kişilərin 10 kilometr məsafəyə sərbəst üsulla mübarizəsində qaliblər müəyyənləşəcək. Start Bakı vaxtı ilə saat 15:45-ə təyin olunub.

Biatlonda kişilərin 10 kilometr sprint yarışı keçiriləcək. Başlanğıc saat 18:00-dır.

Sürətli konkisürmədə kişilər arasında 10 min metr məsafəyə medal yürüşü olacaq. Yarış saat 20:00-da start götürəcək.

Fiqurlu konkisürmədə saat 22:00-da kişilərin sərbəst proqramı nümayiş ediləcək və yekunda tək yarış üzrə mükafatçılar bəlli olacaq.

Snoubordda medallar kişilərin yarımboru növündə sahibini tapacaq. Final yürüşləri saat 23:30-da başlayacaq.

Qeyd edək ki, yarışlar 22 fevrala qədər davam edəcək.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
1
icma.az

2Sources