Azərbaycan Basketbol Liqasında 17-ci turun növbəti oyunları baş tutacaq.


Rekord.az xəbər verir ki, günün ilk matçı A qrupu çərçivəsində Gəncədə keçiriləcək.


"Gəncə" klubu "Abşeron Lions" kollektivini qəbul edəcək. Qarşılaşma Gəncə Olimpiya İdman Kompleksində, saat 17:00-da start götürəcək.


Günün digər görüşündə isə B qrupunda yer alan komandalar üz-üzə gələcəklər. Hazırda turnir cədvəlinin lideri olan "Ordu" "Quba" kollektivini sınağa çəkəcək. Bu oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq.


Daha əvvəl keçirilən görüşlərdə "Sərhədçi" "Lənkəran"ı (83:69), "Naxçıvan" "Sumqayıt"ı (110:107) məğlub edib.


17-ci tura fevralın 14-də yekun vurulacaq.