EN

Azərbaycanla oyuna görə Dambrauskasla danışacaq

style='margin-bottom:10px;'>

"Biz bu püşkdən şikayət etmirik. Bilirik ki, bu qrupdakı komandalar bizim üçün məğlubedilməz deyil. Amma heç kim bizə asan oyunlar vəd etmir”.

QOL.az xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Litva millisinin baş məşqçisi Edqaras Yankauskas deyib.

D liqasının püşkünü dəyərləndirən mütəxəssis əvvəlcə rəqibləri Azərbaycan və Lixtenşteyn millisini müqayisə edib: "Əlbəttə ki, Azərbaycan Lixtenşteyndən daha yüksək səviyyəli komandadır. Onların Avropa təcrübəsi olan futbolçuları var. Çünki "Qarabağ" komandası tez-tez Avropanı öz futbolu ilə təəccübləndirir. Bu, yerli çempionatın ən seçilən komandasıdır və milli komandaya ən çox oyunçunu onlar göndərir.

Bilirik ki, Azərbaycan millisi cənub tipli, kifayət qədər texnikalı yığmadır. Son illərdə ən yaxşı dövrlərini yaşamayıblar. Amma düşünürəm ki, azərbaycanlılar da öz oyun və nəticələrindən razı deyillər. Qrupdakı bütün komandaların məqsədi eynidir – daha yuxarı pilləyə qalxmaq”.

Yazıda bildirilib ki, hazırda Azərbaycan çempionatında Litva izi də var. Söhbət “Sabah” klubunun baş məşqçisi, litvalı mütəxəssis Valdas Dambrauskasdan gedir. Jankauskas Dambrauskasla Azərbaycan millisi ilə bağlı danışacağını da deyib: “Əlbəttə ki, Valdasla danışacağıq. Bilirəm ki, onun baş məşqçi olduğu “Sabah”ın bir neçə oyunçu Azərbaycan milli komandasının heyətindədir. Bu matça tam hazır olmaq üçün bütün mümkün məlumatları toplayacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi Litva ilə oktyabrın 4-də Bakıda, noyabrın 13-də isə səfərdə qarşılaşacaq.

Chosen
28
teleqraf.com

1Sources