EN

İllərdir Rusiyanın, Qərbin, İranın troya atı kimi istifadə edilən Ermənistan indi geosiyasi reallıqları görür

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Ermənistan bölgədə hər zaman "troya atı" olub. Ermənistandan zaman-zaman İran istifadə edib. Bu troya atını illərdir Rusiya minib, çapıb. Zaman-zaman Qərb də bu atı istifadə etməyə çalışıb. Amma bu gün Ermənistan rəhbərliyi Azərbaycanın sayəsində başa düşür ki, başqa dövlətlərin maraqlarına yox, erməni xalqının maraqlarına xidmət etmək lazımdır. Çünki nə dünya erməni lobbiçiliyi, nə Qərb, nə də Kardaşyanın ianə etdiyi üç-beş dollar ermənilərin qarnını doyurmayacaq. Bunu artıq Ermənistandakı mövcud rəhbərlik də başa düşür. Ermənistanda bu vəziyyəti qəbul etmək çox ağrılıdır. Təsəvvür edin: Ermənistanda böyük bir nəsil bir illüziya ilə böyüyüb, inkişaf edib, yaşayıb. Birdən-birə başa düşürlər ki, "sən demə, Kardaşyanın verdiyi pul bizim heç nəyimizə çatmır". Kardaşyandan pul almaq özü böyük rəzalətdir. Bunu başa düşən bir nəsil formalaşmağa başlayır”.

Bu barədə Bizimyol.info xəbər portalına siyasi şərhçi Rufiz Hafizoğlu danışıb. Siyasi şərhçi qeyd edib ki, Ermənistanın, həmçinin Fransanın da zamanında bizim enerji layihələrimizə alternativ layihəsi var idi və bu layihəyə görə, Hindistandan çıxan gəmilər İran limanlarına gələcək, İran limanlarından Ermənistan üzərindən Gürcüstana, Gürcüstan üzərindən də Avropaya həmin yüklər daşınacaqdı, yəni onlar bu bölgəni bir iqtisadi dəhliz kimi görürdülər: “Bu dəhliz bu gün İkinci Qarabağ savaşından sonra çökmüş bir vəziyyətdədir. Budur İranı narahat edən. Azərbaycanın yaratdığı reallıqlar var. Azərbaycan bir daha sübut etdi ki, bizim - ermənilərin iddia etdiyi kimi - etnik təmizləmə iddiamız olmayıb”.

Rufiz Hafizoğlu

Rufiz Hafizoğlu bildirib ki, bir çox işlərin başında din faktoru görünsə də, bu gün İranın “qarın ağrısı” iqtisadi maraqlarıdır, çünki İran sözün əsl mənasında iqtisadi yöndən çökmüş bir dövlətdir: “Ötən gün “Səhər” kanalı boş-boş agitasiya aparır ki, “dünyanın ən yaxşı həkimləri, dünyanın ən yaxşı xərçəng dərmanı bizdədir”. Dünyanın ən yaxşı həkimləri Amerika Birləşmiş Ştatlarındadır, digər ölkələrdədir. Bu kimi saxta xəbərlərə yalnız beyni yuyulmuş axmaqlar inanır. Yəni İran bu gün iqtisadi, siyasi baxımdan çox tənhalaşmış və təxminən Şimali Koreya "yol"unda addımlayan bir dövlətdir. Təbii ki, bu, ağrılı bir prosesdir. Çünki İranda bizim soydaşlarımız var, azərbaycanlılarımız var. Artıq İran başa düşür ki, iqtisadi çöküş mərhələsindədir, o artıq başlayıb. Bəzən deyirlər ki, “sanksiya qoydunuz, amma biz bir çox şeyləri inkişaf etdirdik”. İnkişaf etdirdiyiniz şeylərin bir çoxunun bünövrəsi boşdur”.

“Bilirsinizmi, Səddam Hüseyni necə oyuna gətirdilər? Səddam Hüseyni o qədər boş təriflədilər ki, adam İranın regionda super güc dövlət olduğuna inandı. İraq İrandan qat-qat güclü idi. Amma müharibə dönəmində nə hala saldılar. Bu gün İraqın o günə düşməsində də İranın rolu əvəzsizdir. Amerika ilə, Qərblə işbirliyinə getdi. Xəyanətlər oldu”-deyə politoloq qeyd edib.

Siyasi şərhçi bildirib ki, bu gün Azərbaycanın xarici siyasətdə hərbi siyasi konyukturası bəllidir: “Biz torpaqlarımızdan İran və ya digər ölkələrin əleyhinə heç bir halda istifadəni qəbul etmirik, etməyəcəyik də. İranın burada qorxusu odur ki, Azərbaycan Birləşmiş Ştatlar, NATO qüvvələri və s. yerləşməsinə icazə verə bilər və bu da İran üçün ağrılı nəticələrə gətirib çıxara bilər. Gələcəkdə çox şey ola bilər. Yəni siyasət dəyişə bilər. Məsələn; bizim İsraildə siyasi nə səfirliyimiz yox idi, amma o da oldu”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
149
icma.az

1Sources