EN

Şimali Koreyanın Ukraynaya qarşı müharibədə itkiləri açıqlanıb

6000 itkiyə baxmayaraq, Şimali Koreya ordusu döyüş meydanında müasir döyüş taktikalarına yiyələnmək şəklində nəticələr əldə etdi.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynaya qarşı müharibədə Rusiya tərəfində döyüşən təxminən 6000 Şimali Koreya əsgəri həlak olub və ya yaralanıb .Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin məlumatına görə, hazırda Rusiyanın Kursk bölgəsində təxminən 11.000 Şimali Koreya əsgəri var. Bunlardan 10.000-i nizami, 1000-i isə mühəndisdir.

Bundan əlavə, 2025-ci ilin dekabr ayında Şimali Koreyaya qayıdan təxminən 1100 əsgərin Rusiyaya geri göndərilə biləcəyi qeyd olunur.

Cənubi Koreya kəşfiyyatı bildirib ki, "6000 itkiyə baxmayaraq, Şimali Koreya ordusu müasir döyüş taktikalarına yiyələnmək, eləcə də Rusiyanın texniki köməyi ilə silah sistemlərini təkmilləşdirmək şəklində nəticələr əldə edib".

Xatırladaq ki, Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Şimali Koreya qoşunları Kursk bölgəsində yerləşir və oradan Ukrayna sərhəd icmalarına hücumlar həyata keçirir.

Müəllif: Günel Fərzəliyeva
Chosen
25
1
sia.az

2Sources