EN

Gürcüstanda əcnəbilərin işə götürülməsi məhdudlaşdırılacaq

Yazını böyüt
Yazını kiçilt

Bu il martın 1-dən Gürcüstanda əcnəbilərin işə götürülməsi əhəmiyyətli dərəcədə məhdudlaşdırılacaq.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze məlumat verib.

Onun sözlərinə görə, müvafiq qanun həm ölkə iqtisadiyyatının, həm də vətəndaşların maraqlarını lazımi səviyyədə qorumağa imkan verəcək:

”Hökumət bu qanunun effektiv tətbiqi üçün məsuliyyəti öz üzərinə götürür”.

Bundan əlavə, Baş nazir Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin son 1 ildə daha çox qanunsuz miqrantı deportasiya etdiyini vurğulayıb:

“Miqrasiya Departamentinin işinin gücləndirilməsi ölkəni hazırda sayı 20 mini keçən qanunsuz miqrantlardan tamamilə xilas etməyə imkan verəcək. Bundan əlavə, 2017-ci ildə hökumətimiz Gürcüstan Konstitusiyasına dəyişiklik edərək kənd təsərrüfatı torpaqlarının əcnəbilərə verilməsini qadağan etdi. Gürcüstanın milli və dini kimliyini qorumaq ən vacib milli vəzifələrimizdən biridir və Gürcüstan hökuməti buna nail olmaq üçün hər şeyi edəcək”.

Chosen
62
2
hafta.az

3Sources