ABŞ-də hazırda olan təxminən 1,6 mln qeyri-qanuni immiqrant deportasiyaya məruz qala bilər.
Milli.Az xəbər verir ki, bunu ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) müvəqqəti direktoru Todd Lyons bildirib.
Fox News telekanalının məlumatına görə, o, bu rəqəmləri cümə axşamı ABŞ Konqresi Senatının Daxili Təhlükəsizlik və Hökumət İşləri Komitəsində çıxışı zamanı açıqlayıb. Lyons əlavə edib ki, həmin şəxslərin təxminən 800 mininin məhkumluğu var.
Bundan əvvəl ICE rəhbəri qeyd edib ki, qurumun əməkdaşları xarici vətəndaşlardan ibarət mütəşəkkil cinayət qruplarının 7 mindən çox üzvünü, eləcə də 1,4 mindən artıq terrorçunu saxlayıblar.
ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem daha əvvəl bəyan edib ki, 2025-ci il ərzində ölkəni 3 mln miqrant tərk edib, onlardan təxminən 800 mini məcburi qaydada deportasiya olunub.
Ayxan
Milli.Az