EN

Azərbaycanlılar quru yolu ilə Ermənistanda SSRİ nin süqutundan sonra ilk dəfə + VİDEO

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan vətəndaş cəmiyyətinin bir qrup nümayəndəsi fevralın 13–14-də “Sülh körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunacaq ikitərəfli dəyirmi masada iştirak etmək məqsədilə quru yolla Ermənistana gedib.

Ermənistan mediasının yaydığı məlumata görə, nümayəndə heyəti sərhədin delimitasiya və demarkasiya edilmiş hissəsindən keçərək, bütün zəruri prosedurları tamamladıqdan sonra ölkəyə daxil olub.

Qeyd olunur ki, SSRİ dağılandan sonra ilk dəfədir azərbaycanlılar Ermənistana quru sərhəddən keçərək səfər edirlər. Bundan əvvəl, 2025-ci ilin oktyabr ayında da Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri Ermənistana səfər etmişdilər, lakin həmin səfər hava yolu ilə reallaşmışdı.

Qeyd edək ki, ikigünlük dəyirmi masada Azərbaycan tərəfdən vətəndaş cəmiyyətindən aşağıdakı şəxslər iştirak edəcək:

Fərhad Məmmədov - koordinator, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri;

Rusif Hüseynov - Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru;

Kəmalə Məmmədova - 1news.az saytının baş redaktoru;

Ramil İsgəndərli - Milli QHT Forumu İdarə Heyətinin sədri;

Fuad Abdullayev - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi;

Könül Bədəlova - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin elmi işçisi;

Zaur Şiriyev - Karnegi Fondunun Berlin Araşdırmaları Mərkəzinin Rusiya və Avrasiya (Carnegie Russia and Eurasia Center) üzrə tədqiqatçısı;

Murad Muradov - Topçubaşov Mərkəzinin direktor müavini;

Aytən Qəhrəman - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri;

Rauf Ağamirzəyev - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat kommunikasiyaları üzrə ekspert;

Gülbəniz Qənbərova - “Azərbaycan Kənd Qadınları Assosiasiyası” İctimai Birliyinin sədri;

Nəzrin Əliyeva - “İnsan Hüquqlarının Müdafiəsi Mərkəzi”nin nümayəndəsi;

Eldar Həmzəli - tədqiqatçı, müstəqil ekspert;

Sanan Rzayev - CBC televiziya kanalının redaktoru və aparıcı siyasi şərhçisi;

Gülşən Axundova - “Qadınlar, İnkişaf, Gələcək” QHT-nin prezidenti;

Emin Əliyev - TREND Beynəlxalq Xəbər Agentliyinin baş redaktoru;

Orxan Babayev - Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin əməkdaşı;

İlyas Hüseynov - Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri;

Fuad Ağamalıyev - CBC televiziya kanalının Mühəndislik və Texniki şöbəsinin müdiri.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
4
azpolitika.info

10Sources