EN

Orbanın rəqibi şantaj edildiyini açıqladı Sevgilisi ilə gizli videosu çəkilib...

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Macarıstanda müxalifətin lideri Peter Magyar hakimiyyətə yaxın şəxslərin onu seçkilər ərəfəsində gözdən salmaq üçün şəxsi həyatı ilə bağlı gizli video yaymağa hazırlaşdığını bildirib.

“AzPolitika” bildirir ki, o, bu barədə “Facebook” səhifəsində yayımladığı videomüraciətdə danışıb.

Mərkəz-sağ yönümlü Tisza Partiyasının lideri olan Magyarın partiyası sorğuların əksəriyyətində Baş nazir Viktor Orbánın rəhbərlik etdiyi “Fidesz” partiyasını qabaqlayır. Apreldə keçirilməsi planlaşdırılan seçkilər öncəsi yaranmış vəziyyət siyasi mübarizəni daha da kəskinləşdirib. Magyar iddia edir ki, Orbanın komandası ona qarşı “Rusiya üslublu qarayaxma kampaniyası” aparır.

44 yaşlı, üç uşaq atası olan və boşanmış siyasətçi bildirib ki, mediada yayılan məlumatlardan sonra bir saytın mövcudluğundan xəbər tutub. Həmin saytda otaq və iki nəfərlik çarpayının görüntüsü yerləşdirilib, daha sonra isə “Tezliklə” yazısı və 3 avqust 2024-cü il tarixi paylaşılıb.

Magyarın sözlərinə görə, həmin tarix onun keçmiş sevgilisi ilə qarşılıqlı razılıq əsasında münasibətdə olduğu gündür. O qeyd edib ki, həmin vaxt artıq bir il idi boşanmışdı və heç bir qanunsuz hərəkət etməyib.

“Başa düşdüm ki, klassik rus tipli kompromat tələsinə düşmüşəm. Amma qanunsuz heç nə etməmişəm, vicdanım təmizdir”, – deyə o bildirib.

Zoltán Kovács “Reuters” agnetliyinin bununla bağlı sorğusuna cavab verməyib.

Baş nazirin aparat rəhbəri Gergely Gulyás isə məsələ ilə bağlı sualı cavablandırarkən “heç nə bilmədiyi məsələni şərh edə bilməyəcəyini” deyib.

Hazırda sözügedən saytda əlavə məzmun yerləşdirilməyib və videonun kim tərəfindən hazırlanması və harada yayımlana biləcəyi məlum deyil.

Magyar isə bildirib ki, Viktor Orbán və komandası diqqəti real problemlərdən yayındırmaq üçün bu cür üsullara əl atır və o, buna imkan verməyəcək.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
azpolitika.info

1Sources