EN

Məktəb və universitetlərdə psixoloq PROBLEMİ

“Məktəb və universitetlərdə psixoloji dəstəyin çatışmazlığı hər zaman müzakirə mövzusu olur”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O, təhsil müəssisələrində psixoloji dəstəyin çatışmamasının səbəblərindən bəhs edib:
“Təhsil müəssisələrində ən çox yönlənilən istiqamət sırf təhsillə bağlı olur. Yəni tədris, imtahanda uğurlu nəticələrin əldə olunması və dərslik nəticələrinə yönlənilir. Faktiki olaraq, akademik uğurlar daha çox ön planda olur. Lakin şagirdlərin və ya tələbələrin emosional durumları ən kəskin hallarda daha çox üst səviyyəyə çıxır. Ondan sonra artıq psixoloji olaraq vəziyyət nəzərdən keçirilir”.

Ekspert təəssüflə qeyd edib ki, məktəb və universitetlərdə psixoloq çatışmazlığı var:
“Bəzi təhsil ocaqlarında psixoloq olsa belə şagirdlər və ya tələbələr onlara müraciət etmirlər. Lakin ümumi olaraq məktəb və universitetlərdə psixoloji dəstəyin çatışmamasına səbəb psixoloq baxımından kadr azlığıdır. Digər səbəblərdən biri isə çox təəssüf ki, valideynlər və təhsilalanların arasında psixoloqa müraciət etməyi zəiflik kimi qiymətləndirmələridir. Bizdə hələ də psixoloqa müraciət etməyə birmənalı baxılmır”.

Psixoloq bunun da səbəblərini izah edib:
“İllərdir ki, insanlarda “Mən dəli deyiləm”, “Niyə psixoloqa müraciət edim?”, “Mənim heç bir şeyim yoxdur, nəyə görə psixoloqa getməliyəm?” və ya “Mən həll edəcəm, psixoloqa ehtiyacım yoxdur” kimi düşüncələr hakimdir. Sanki psixoloqa müraciət etsələr, onlara yaxşı baxılmayacaq kimi düşüncələri yaranmağa başlayır. Üstəlik, bu vəziyyət kritikləşdikcə, daha da böhranlı hala çevrilir. Yalnız vəziyyət tam ağırlaşandan sonra psixoloji dəstəyə yönlənmələr başlayırlar”.

Nabat Mirzəyeva fikirlərini belə yekunlaşdırıb:
“Bəzi gənclər düşünürlər ki, artıq böyüdükləri üçün problemlərini özləri həll edə bilərlər və kimsəyə ehtiyacları yoxdur. Ancaq unuduruqlar ki, söhbət problemin olması və ya psixoloqun çatışmazlığı deyil. Problem psixoloji dəyərin düzgün düşünülməməsidir. Unutmamalıyıq ki, daxili dünyamızda narahatçılıq, çaxnaşma və ya bir mübarizə varsa, təhsil aldığımız yerdə psixoloqa yaxınlaşmaq haqqımızdır”.

Pərviz
 

Chosen
7
hit.az

1Sources