EN

Gələn ay İranla ABŞ razılaşma əldə edə bilər

ABŞ Prezidenti Donald Tramp İranla davam edən nüvə danışıqları ilə bağlı açıqlama verib. O bildirib ki, gələn ay Tehranla razılaşmanın əldə olunması mümkündür.

BAKU.WS xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransında danışan Tramp qeyd edib ki, ABŞ İranla "ədalətli və yaxşı razılaşma" əldə etmək istəyir. "Əgər razılaşma əldə olunmasa, ikinci mərhələyə keçəcəyik və bu mərhələ onlar üçün çox çətin olacaq", – deyə o vurğulayıb.

Tramp İran məsələsini İsrailin Baş naziri Benyamin Netanyahu ilə də müzakirə etdiyini bildirib. O, razılaşmanın baş tutmaması halında Tehran üçün nəticələrin ağır ola biləcəyinə işarə edib.

Netanyahu isə mümkün razılaşmanın yalnız nüvə proqramını deyil, həm də İranın ballistik raket proqramını və regiondakı silahlı qruplarla əlaqələrini əhatə etməli olduğunu deyib.

Xatırladaq ki, İranla ABŞ arasında nüvə danışıqları 2025-ci ilin iyununda dayandırılmış, fevralın 6-da Omanda yenidən bərpa olunmuşdu.

Chosen
21
1
far.az

2Sources