EN

Niger Fransa ilə müharibəyə hazırlaşır

Nigerdə hərbi rəhbərliyin əsas simalarından olan general Amadu İbro Fransa ilə müharibəyə hazırlaşdıqlarını açıqlayıb. O, ölkədə səfərbərlik elan edildiyini bildirib və "Fransa ilə müharibəyə girəcəyik" deyə vurğulayıb.

Far.Az xarici mediaya istinadən xəbər verir ki, İbro Paris rəhbərliyini Nigerdə sabitliyi pozmağa çalışmaqda ittiham edib. Çıxışın görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Fransa isə iddiaları qətiyyətlə rədd edib. Fransa Silahlı Qüvvələrinin sözçüsü polkovnik Giyom Verne Nigerdə hər hansı müdaxilənin olmadığını bildirib və səsləndirilən fikirləri dezinformasiya adlandırıb.

Xatırladaq ki, Fransa 2023-cü ilin sonunda hərbi çevrilişdən sonra Nigerdə yerləşdirilən qoşunlarını ölkədən çıxarmışdı.

Chosen
30
far.az

1Sources