EN

Mediada Azərbaycan dilinin qorunması ARB24 telekanalında müzakirə olunub

ARB24 telekanalında Azərbaycan dilinin qorunması ilə bağlı monitorinq nəticələrinə dair tədbir keçirilib.

AzEdu.az xəbər verir ki, monitorinq Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə bağlı jurnalistlər qarşısında qoyduğu vəzifələrlə bağlı olub.

Telekanalın direktoru Radik İsmayılov bildirib ki, ARB 24-də 4 ildir ki, efir daxili monitorinq olunur, problemlər aradan qaldırılır:

"Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə bağlı jurnalistlərə müraciətindən sonra proses daha da sürətlənib, efirə nəzarət gücləndirilib".

R.İsmayılov monitorinqin nəticələrini açıqlayıb, redaktor heyətini daha diqqətli olmağa çağırıb. İclasda Azərbaycan dilinin qorunması mövzusunda müzakirələr aparılıb.

Daha sonra monitorinq zamanı aşkarlanan problemləri izah etmək və aradan qaldırmaq üçün görüləcək işlərlə bağlı kanalın direktor müşaviri, BDU-nun kafedra müdiri Aynur Nəsirovaya söz verilib. A.Nəsirova keçirilən monitorinqin nəticələrinə əsaslanan təqdimatda redaktə prosesində diqqət yetirilməli əsas məqamlar barədə ətraflı məlumat verib:

"Media mətnlərində sözlərin düzgün yazılışı, cümlələrin sadə, aydın və anlaşıqlı qurulması vacib amildir. Yad terminlərdən yalnız zəruri hallarda və düzgün kontekstdə istifadə oluna bilər".

Sonda qərara alınıb ki, səhvlərlə bağlı mütəmadi təlimlər təşkil olunsun.

Chosen
41
7
azedu.az

10Sources