Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 13-cü turun növbəti oyunu baş tutacaq.
Fanat.Az xəbər verir ki, günün yeganə matçında UNEC “Murov Az Terminal”ı qəbul edəcək.
Saat 17:00-da başlayacaq oyun UNEC-in idman zalında baş tutacaq.
Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə “Milli Aviasiya Akademiyası” “Azərreyl”i 3:1, “DH Volley” isə lider “Turan”ı 3:2 hesabı ilə üstələyib.
13-cü tura fevralın 17-də yekun vurulacaq.
Xal durumu: "Turan" – 31, "DH Volley" – 29, NАА – 20, UNEC, Gəncə, Azərreyl – hamısı 17, Abşeron – 12, Murov Az Terminal – 7, Gənclər - 0.