EN

PAŞA Bankın səhmlərinin ilkin ictimai yerləşdirmə prosesi ölkə iqtisadiyyatının inkişafına əlavə təkan verəcək - Cavid Quliyev

Bakı. Trend:

PAŞA Bankın səhmlərinin ilkin ictimai yerləşdirmə prosesi (IPO –Initial Public Offering) kapital bazarına, eləcə də ölkəiqtisadiyyatının inkişafına əlavə təkan vermiş olacaq.

Trend xəbərverir ki, bunu bu gün PAŞA Bankın idarə heyətinin sədri CavidQuliyev rəhbərlik etdiyi bankın təşkil etdiyi, IPO-ya həsr olunmuştədbirdə çıxışında bildirib.

“Bu prosesin əsas amalı, yaratdığımız dəyəri daha genişinvestorlar qrupu ilə bölüşmək və birgə böyüməyə davam etməkdir.PAŞA Bankın uğuru bilavasitə real sektordakı müəssisələrin və bizimtərəfdaşların dayanıqlı inkişafı ilə bağlıdır”,- deyə o qeydedib.

C. Quliyevin sözlərinə görə, bu addımın arxasında sadə və aydınyanaşma dayanır: “Uzun illər ərzində yaratdığımız vəformalaşdırdığımız dəyəri, etimadı və kapitalı daha geniş investorqrupu ilə bölüşmək.

Bankın idarə heyətinin tövsiyəsinə və səhmdarların qərarınaəsasən, həmin dəyərin bir hissəsinin səhmlərin yerləşdirilməsivasitəsilə bazar iştirakçılarına – ilk növbədə fiziki şəxslərətəklif olunması planlaşdırılır. Biz əminik ki, uzun illər ərzindəqurulmuş güclü biznes modeli ilə yaradılmış dəyər yalnız PAŞA Bankdaxilində deyil, daha geniş miqyasda da bölüşdürülməlidir”.

Bankın rəhbəri vurğulayıb ki, səhmlərin yerləşdirilməsiuzunmüddətli və dayanıqlı inkişafın daha da möhkəmləndirilməsinə,şəffaflığın və maliyyə dayanıqlığının artırılmasına yönəlib. IPOçərçivəsində bankın kapitalının 5 faizi – 932 926 ədəd adi səhmbazara təklif olunacaq.

Məqalədə:
Chosen
125
az.trend.az

1Sources