EN

Bələdiyyə aktlarının 97,2 %-i qanunvericiliyə uyğundur - Toğrul Hüseynov

Bakı. Trend:

2025-ci ildə inzibati nəzarət orqanına daxil olmuş 81.711bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib və onların 97,2%-ninqanunvericiliyə uyğun olduğu müəyyən edilib.

Trend xəbərverir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov MilliMəclisin bugünkü plenar iclasında bələdiyyələrin fəaliyyətinəinzibati nəzarətin həyata keçirilməsi ilə bağlı ƏdliyyəNazirliyinin 2025-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanıdeyib.

Nazir müavini bildirib ki, normativ hüquqi aktların tələblərinəzidd olan aktların dəyişdirilməsi və ya ləğv edilməsi üçün“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunaəsasən aidiyyəti bələdiyyələrə təkliflər verilib.

“Bu təkliflər nəticəsində 644 akt ləğv edilib, 950 aktdəyişdirilib, bələdiyyələr tərəfindən təmin olunmayan 7 təklif üzrəməhkəmələrdə iddia qaldırılıb.

Xüsusilə torpaq sahələrinin qanunsuz ayrılması ilə bağlıaktların ləğvi nəticəsində 3 min hektardan çox torpaq sahəsinin, ocümlədən 2 057 hektar örüş sahəsinin bələdiyyə mülkiyyətinə və yasahibliyinə qaytarılması təmin edilib”, - deyə Toğrul Hüseynov qeydedib.

Məqalədə:
Chosen
30
9
az.trend.az

10Sources