EN

Məqsədimiz enerji səmərəliliyini real layihələrdə görməkdir - Cahid Mikayılov

Bakı. Trend:

Məqsədimiz enerji səmərəliliyini real layihələrdə görməkdir.

Trend xəbərverir ki, Energetika Nazirliyinin Enerji Səmərəliliyi şöbəsininmüdiri Cahid Mikayılov bu gün "Merlər Razılaşması-ŞərqTərəfdaşlığı” təşəbbüsü ilə bağlı Naxçıvanda keçirilən tədbirdədeyib.

Onun sözlərinə görə, Merlər razılaşması təşəbbüsünə qoşulmaqinzibati binalarının isitmə xərclərinin azaldılması, istilikizolyasiyasının gücləndirilməsi, sosial obyektlərin enerjisərfiyyatının optimallaşdırılması, LED işıqlandırma sistemlərinəkeçid kimi bir çox enerji səmərəliliyi tədbirlərinə dəstək göstərəbilər: "Enerji səmərəliliyi Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerjisiyasətinin əsas prioritet istiqamətlərindəndir.

2021-ci ildə qəbul edilmiş “Enerji resurslarından səmərəliistifadə və enerji effektivliyi haqqında” Qanun bu sahədəinstitusional və hüquqi bazanı formalaşdırmışdır.

Enerji səmərəliliyi sahəsində ölkəmizdə görülən işlərçoxşaxəlidir və onların hamısını sadalamaq mümkün deyil, ancaqxüsusilə bu gün bələdiyyələrimiz üçün maraqlı ola biləcək mövzuEnerji Effektivliyi Fondunun yaradılmasıdır.

Belə ki, Merlər razılaşmasına qoşulmuş və Fəaliyyət Planlarınıtəsdiqlətmiş bələdiyyələrimiz bu fonda müraciət edərək pilotlayihələr həyata keçirə bilərlər. Pilot layihələr binaların enerjieffektivliyinin artırılması, izolyasiyası, istilik sistemlərinintəkmilləşdirilməsi, enerji effektivliyi yüksək olan avadanlıqlarıntətbiqi, o cümlədən günəş panellərinin tətbiqi kimi sahələri əhatəedə bilər".

C. Mikayılov vurğulayıb ki, artıq Azərbaycanda 10 bələdiyyə butəşəbbüsə qoşulub: "Onların bir çoxunun Fəaliyyət Planlarımövcuddur və icra edilməkdədir. Tədbirimizin əsas məqsədi də məhzbu uğurlu nümunələri digər bələdiyyələrimizlə bölüşməkdir. Şəki vəMingəçevir bələdiyyələri bu gün öz təcrübələrini bölüşəcəklər.

Energetika Nazirliyi olaraq biz də bu istiqamətdə metodoloji vəinstitusional dəstək göstərməyə hər zaman hazırıq. Məqsədimizenerji səmərəliliyini real layihələrdə görməkdir".

Nazirlik rəsmisi xatırladıb ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadirayonları ilə yanaşı Naxçıvan Muxtar Respublikası da yaşıl enerjizonası elan edilib: "Naxçıvan ölkəmizdə bir kvadrat metr əraziyədüşən günəş işığının miqdarına görə birinci yerdədir. Yaşılenerjinin həm qoyuluş gücündə, həm də istehsalında da Naxçıvanbirinci yerdədir. Enerji səmərəliliyi də yaşıl enerjinin birnövüdür. Hətta ən yaşıl enerji qənaət edilən enerjidir. Enerjisəmərəliliyi iqtisadi faydalar, ətraf mühitin qorunması və gələcəknəsillərə daha sağlam mühitin ötürülməsi deməkdir.

Siz də bələdiyyə sədrləri olaraq bu sahədə həlledici rol oynayabilərsiniz.

Fürsətdən istifadə edib Sizi “Söndür və qazan!” təşəbbüsünəqoşulmağa da dəvət etmək istərdim. Bu kampaniya bir neçə ay öncəEnergetika Nazirliyi tərəfindən başladılıb. İstifadə edilmədikdəişıqların söndürülməsi, elektrik cihazlarının şəbəkədən ayrılmasıkimi sadə davranış dəyişiklikləri vasitəsilə enerjiyə qənaət təşviqolunur. Vətəndaşlar video müraciətlər paylaşır, çağırışlar edir vəbu təşəbbüs artıq ictimai hərəkata çevrilməkdədir.

Gəlin enerji səmərəliliyini strateji prioritet kimi qəbul edək vəbirgə fəaliyyət vasitəsilə real nəticələr əldə edək".

Chosen
143
az.trend.az

1Sources