EN

Bələdiyyə vəzifəlilərinin inzibati xətaları əhəmiyyətli dərəcədə azalıb - Nazir müavini

Bakı. Trend:

2025-ci ildən etibarən inzibati nəzarət qaydasında baxılmasıüçün ölkə üzrə bütün bələdiyyə aktları qanunvericiliyin tələblərinəuyğun olaraq “Bələdiyyələrlə iş” informasiya sistemi vasitəsiləelektron qaydada təqdim edilir.

Trend xəbərverir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov MilliMəclisin bugünkü plenar iclasında bələdiyyələrin fəaliyyətinəinzibati nəzarətin həyata keçirilməsi ilə bağlı ƏdliyyəNazirliyinin 2025-ci il üzrə illik məruzəsinin müzakirəsi zamanıdeyib.

Onun sözlərinə görə, artıq Naxçıvan Muxtar Respublikasındafəaliyyət göstərən bütün bələdiyyələrin aktlarının da informasiyasisteminə yerləşdirilməsi təmin olunub.

Nazir müavini vurğulayıb ki, görülmüş tədbirlər nəticəsindəbələdiyyə aktlarının vaxtında təqdim edilməməsi halları, eləcə dəbununla bağlı bələdiyyənin vəzifəli şəxsləri tərəfindən törədiləninzibati xətaların sayı əhəmiyyətli dərəcədə azalıb:

“2025-ci il ərzində Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin müvafiq maddəsi ilə 50 inzibati xəta haqqında protokoltərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar əsasında43 bələdiyyənin vəzifəli şəxsi məhkəmələr tərəfindən inzibatiməsuliyyətə cəlb olunub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildətərtib edilən protokolların sayı 103 olub”.

Məqalədə:
Chosen
43
13
az.trend.az

10Sources