EN

Bakı-Qazax magistralında qorxulu anlar: Yük maşını aşdı - VİDEO

Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, qəzanı əks etdirən videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd olunub ki, yolun sürüşkən olması səbəbindən yük avtomobili aşıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) faktı təsdiqləyib.

Bildirilib ki, sözügedən yol-nəqliyyat hadisəsi fevralın 12-də saat 17:50-də Bakı-Qazax yolunun 37-ci kilometrliyində qeydə alınıb.

"Ərəstun Abasqulu oğlu Abasov DAF markalı, 77-MO-641 dövlət nömrə nişanlı yük avtomobili ilə üzü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda vurğulanır.

https://t.me/oxuaze/173081

"Cebheinfo.az"

Chosen
40
5
cebheinfo.az

6Sources