EN

Yanvar ayında “815” Çağrı Mərkəzinə 13 mindən çox zəng daxil olub

Bakı, 13 fevral, AZƏRTAC

Yanvar ayı ərzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “815” Çağrı Mərkəzinə ümumilikdə 13 min 114 zəng daxil olub. Müraciətlərdən 12 min 960 zəng müvafiq olaraq dərhal cavablandırılıb, 154 müraciət isə Çağrı xidməti şöbəsi tərəfindən araşdırılması üçün qəbul edilib. 70 müraciətlə əlaqədar vətəndaşlara müvafiq izahatlar verilib, 44 müraciətlə bağlı məsələ həll edilib, 40 müraciət isə elektron sənəd dövriyyəsi üzərindən rəsmiləşdirilərək aidiyyəti üzrə yönləndirilib.

Bu barədə AZƏRTAC-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, daxil olan müraciətlərin mövzusu, əsasən, müayinə və müalicənin təşkili, əlillik məsələləri, dərman təminatı, tibbi heyət və tibbi xidmətdən şikayət, kadr məsələləri, tibbi arayış və sənədlərin verilməsi ilə bağlı olub.

Qeyd edək ki, TƏBİB-in “815” Çağrı Mərkəzi 2022-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Mərkəzin yaradılmasında əsas məqsəd daxil olan müraciətlərin çevik cavablandırılması, aidiyyəti üzrə yönləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsidir.

Vətəndaşlar TƏBİB-in Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla yanaşı, yazılı müraciətləri birbaşa quruma təqdim edə, qurumun rəsmi internet səhifəsi, eləcə də elektron poçt ünvanı üzərindən onlayn şəkildə müraciətlərini ünvanlaya bilərlər.

 

Chosen
26
8
azertag.az

10Sources