EN

XXV Qış Olimpiya Oyunlarında bu gün daha bir neçə yarış keçiriləcək » AzadMedia.az


İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün daha bir neçə yarış keçiriləcək.

Biatlon, bobsley, xizəksürmə, körlinq, fiqurlu konkisürmə, hokkey, xizək ikinövçülüyü, skeleton, xizəklə tramplindən tullanma, snoubord, sürətli konkisürmə üzrə mübarizə baş tutacaq.

Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma fevralın 15-də nəhəng slalom, 3 gün sonra slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-dAmpetsoda keçiriləcək.

Daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 xalla 29 idmançının mübarizəsində sonuncu yeri tutub və mübarizəni dayandırıb.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
Chosen
16
21
azadmedia.az

10Sources