Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk iştirakçıları müəyyənləşib.
Apasport.az xəbər verir ki, 1/8 finalda keçirilən iki partiyanın nəticəsinə əsasən Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Aydın Süleymanlı, Read Səmədov, Əhməd Əhmədzadə, Məhəmməd Muradlı növbəti mərhələyə yüksəlib.
Rauf Məmmədov-Şiroğlan Talıbov və Xaqan Əhməd-Nicat Abasov cütlüyündə qalib bu gün baş tutacaq tay-brekdə məlum olacaq.
Qadınların yarışında Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ayan Allahverdiyeva və Səbinə İbrahimova ¼ finala vəsiqə qazanıb. Gövhər Beydullayeva-Nərmin Abdinova qarşılaşmasında növbəti mərhələyə vəsiqənin taleyi tay-brekdə müəyyənləşəcək.
Qeyd edək ki, çempionata fevralın 22-də yekun vurulacaq.
Ölkə çempionatında 46 şahmatçı
Şahmat üzrə Azərbaycan çempionatının I dəstə yarışlarına yekun vurulub
Azərbaycan çempionatında I dəstədə mübarizəyə start verilib
Azərbaycan çempionatının mükafat fondu bilindi
Maqnus Karlsen altıncı dəfə rapid üzrə dünya çempionu oldu