EN

NYT: ABŞ "Gerald R. Ford" aviadaşıyıcısını Yaxın Şərqə yönləndirəcək

ABŞ-nin "Gerald R. Ford" aviadaşıyıcısı və onu müşayiət edən gəmilər Karib dənizindən Yaxın Şərqə köçürüləcək.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, gəminin heyətinə onların Fars körfəzində "Abraham Lincoln" aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupuna qoşulacaqları barədə bildiriş verilib.

Nəşr xatırladıb ki, "Gerald R. Ford" ötən ilin iyununda Norfolk (Virciniya ştatı) limanını tərk edib və oktyabrda Karib dənizinə yönləndirilib. Aviadaşıyıcı yanvarın 3-də Karakasa hücumda iştirak edib və onun xidmət müddəti artıq bir dəfə uzadılıb.

Qəzet qeyd edib ki, heyət martın əvvəlində bazaya qayıtmağı planlaşdırsa da, yerdəyişmə ilə əlaqədar dənizçilərin aprelin sonu və ya mayın əvvəlinə qədər evə dönə bilməyəcəkləri ehtimal olunur. NYT əlavə edib ki, bu, gəminin zəruri texniki xidmətinin vaxtında aparılmasına mane olacaq.

Chosen
64
1
far.az

2Sources