EN

Çin “Long March 10” raketinin ilk pilləsini ilk dəfə uğurla geri qaytardı

Çin

Çin mütəxəssisləri yeni nəsil “Çançjen-10” (Long March 10) daşıyıcı raketinin birinci pilləsinin geri qaytarılması əməliyyatını ilk dəfə uğurla həyata keçiriblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Məlumata görə, axtarış-xilasetmə qrupu istifadə olunmuş pilləni dəniz akvatoriyasında aşkar edərək sudan çıxarıb. Bildirilir ki, Çin bu raketin birinci pilləsinin dənizdə axtarışı və təxliyəsi üzrə missiyanı ilk dəfə icra edib.

“Çançjen-10” yeni nəsil daşıyıcı raketdir və Çinin Ay proqramında pilotlu uçuşlar üçün əsas element hesab olunur. Bu raket yeni tipli “Mençjou” pilotlu kosmik gəmisinin və “Lanyue” Ay eniş modulunun orbitə çıxarılması üçün xüsusi olaraq hazırlanır.

Məryəm Quliyeva

Chosen
17
1
xalqcebhesi.az

2Sources