EN

Bu, eşitmə qabiliyyətinin azalmasına səbəbOLUR

Qulaqlarda yaranan kükürd tıxacları ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə otorinolarinqoloq İvan Kalmykov "pnamo"  nəşrinə müsahibəsində xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, kükürd tıxacları eşitmə qabiliyyətinin azalmasına gətirib çıxarır və bu da insanın ən vacib hiss orqanlarından birinin funksiyasını pozur. O bildirib ki, kükürd tıxacının xarici eşitmə yolunda uzun müddət qalması xarici otitin (qulaq iltihabının) inkişafına səbəb ola bilər.

Kalmykov qeyd edib ki, qulaqları pambıq çubuqlarla təmizləmək kükürd tıxaclarının yaranmasını sürətləndirə bilər. Bundan əlavə, bu vərdiş qulaq keçəcəyinin zədələnməsinə də yol aça bilər.

Həkim əlavə edib ki, əgər artıq kükürd tıxacı formalaşıbsa, mütləq otorinolarinqoloqa müraciət etmək lazımdır. Mütəxəssis tıxacı xüsusi alətlə və ya yuma üsulu ilə təhlükəsiz şəkildə aradan qaldırır.

Aytəkin TOFİQQIZI

Chosen
22
1
redaktor.az

2Sources