EN

Mingəçevirdə dəhşətli hadisə: Sürücüsü sükan arxasında ölən mikroavtobus idarəetmədən çıxdı

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Cəmil Əliyev küçəsində qeydə alınıb.
 
Belə ki, sərnişin daşıyan "Ford" markalı mikroavtobusun sürücüsü sükan arxasında qəfil vəfat edib. Nəticədə idarəetmədən çıxan nəqliyyat vasitəsi yol kənarında dayanmış minik avtomobilinə çırpılıb.
 
İlkin ehtimala görə, mikroavtobusun sürücüsü, 1962-ci il təvəllüdlü Elxan Salahov ürək çatışmazlığından dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Chosen
12
7
moderator.az

9Sources