EN

Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə təşkil edilən mətbuat konfransında İranla aparılan danışıqlara dair mövzuları və prosesin mövcud vəziyyətini dəyərləndirib.

Marja xəbər verir ki, İranla razılaşma əldə etmək istədiklərini deyən Tramp, bu məsələ ilə bağlı son vəziyyəti İsrailin Baş naziri Binyamin Netanyahu ilə dünənki görüşlərində də müzakirə etdiklərini deyib. Tramp prosesin hansı istiqamətdə irəliləyəcəyini görmək istədiyini vurğulayıb.

Tramp, “İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik ( ağır zərbə və ya şokun mənfi fəsadları - red) olacaq, bunun baş verməsini istəmirəm, onlarla razılaşma əldə etməliyik” ifadələrini işlədərək, razılaşmanın əldə olunmaması halında bunun Tehran rəhbərliyi üçün pis nəticələr doğuracağına işarə edib.

Netanyahunun ona İranla danışıqlar aparmaması istiqamətində bir tələb irəli sürmədiyini bildirən Tramp, mövzunun geniş şəkildə müzakirə edildiyini deyib. Tramp, “Netanyahu vəziyyəti başa düşür, amma sonda bu qərar mənə məxsusdur” deyib.

Tramp, İranla əldə ediləcək mümkün razılaşmanın ABŞ üçün ədalətli və yaxşı bir razılaşma olmalı olduğunu vurğulayaraq, “Əgər razılaşma əldə edə bilməsək, ikinci mərhələyə keçəcəyik və bu mərhələ onlar üçün çox çətin olacaq” açıqlamasını verib.

Tehranla aparılan danışıqların qrafikinə dair suala da cavab verən Tramp, iranlılarla istədiyi müddət ərzində görüşə biləcəyini, prosesin gələn ay ərzində də davam edə biləcəyini və yekun qərarın özünə məxsus olduğunu bildirib.

Chosen
22
marja.az

1Sources