EN

Amerikalı nazir: Rodrigezin siyasi gələcəyini xalq müəyyən edəcək

BAKI, 13 fevral. TELEQRAF

ABŞ-nin energetika naziri Kris Rayt Vaşinqtonun Venesuelanın səlahiyyətli Prezidenti Delsi Rodrigezin gələcək siyasi rolunu müəyyən etməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, nazir bu barədə CNN telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, Delsi Rodrigezin gələcəkdə hansı rolu oynayacağına ABŞ hökuməti deyil, Venesuela xalqı qərar verməlidir.

Məlumata görə, yanvarın 3-də Vaşinqtonda Karakasda hərbi əməliyyat keçirildiyi və bu əməliyyat nəticəsində Venesuela prezidenti Nikolas Maduro ilə həyat yoldaşının ABŞ hərbçiləri tərəfindən saxlanıldığı açıqlanıb. Yanvarın 5-də onlar Nyu-York ştatının Cənub dairəsi üzrə federal məhkəmə qarşısına çıxarılıblar. Onlara narkotik ticarəti ilə əlaqədə ittiham irəli sürülüb. Nikolas Maduro və həyat yoldaşı ittihamları qəbul etməyiblər.

Qeyd edək ki, hazırda Venesuelada dövlət başçısının səlahiyyətlərini əvvəllər Nikolas Maduronun icraçı vitse-prezidenti vəzifəsini tutmuş Delsi Rodriges icra edir. ABŞ administrasiyası isə Venesuelada müvəqqəti idarəetmənin Birləşmiş Ştatların nəzarətinə keçəcəyini iddia etmişdi.

Chosen
23
teleqraf.com

1Sources