ain.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kremlin sözçüsü Dmitri Peskov ABŞ prezidenti Donald Trampı SSRİ-nin 1945-ci ildə Nasist Almaniyası üzərində qələbəsinin qarşıdan gələn anım mərasimləri üçün Moskvaya dəvət etmək ehtimalını istisna etməyib.
Bakıvaxtı.az "LeParisien.fr"ə istinadən xəbər verir ki, D.Peskov Rusiyanın TASS xəbər agentliyinə verdiyi müsahibədə bildirib :
"Baxarıq, ən azından ondan gəlməyə hazır olub-olmadığını soruşacağıq".
D. Peskov əlavə edib ki, ötən il təxminən 30 xarici liderin dəvət edilməsi müxtəlif mövzularda ikitərəfli müzakirələrə imkan yaradıb.
Qeyd edək ki, Rusiyada "Qələbə Günü" kimi tanınan bu bayramlar həmişəki kimi 9 Mayda keçirilir.
Aydın Baxış
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.