Fransanın keçmiş daxili işlər naziri və mərkəzçi Respublikaçılar Partiyasının lideri Bruno Retayo cümə axşamı günü 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb. O, hazırki prezident Emmanuel Makronu əvəz etməyə çalışan sonuncu şəxs olub.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Retayo sosial mediadakı paylaşımında Fransanın "supergüclərdən olan yırtıcıların bütün dünyanı təqib etdiyi" bir vaxtda zəiflədiyini qeyd edib.
O, 2027-ci ildə ardıcıl iki müddətdən sonra yenidən namizədliyini irəli sürə bilməyəcək Makronu açıq şəkildə tənqid edərək, Fransanın "texnokratik nizamsızlıqdan" əziyyət çəkdiyini bəyan edib.