EN

Ukrayna Rusiyanın 2500 ə yaxın “Starlink“ini blokladı UĞURLU ƏMƏLİYYAT

Moderator.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Uğurlu xüsusi əməliyyat sayəsində Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının istifadə etdiyi təxminən 2500 "Starlink" terminalı haqqında məlumat əldə edib və bundan sonra onların hamısı bloklanıb.

Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, xüsusi əməliyyat 256-cı kiber-hücum dviziyası tərəfindən" InformNapalm" icması və Sergey Sternenko ilə birlikdə həyata keçirilib.

Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyatın bir hissəsi olaraq ruslar qəsdən "Starlink" terminallarının bloklanmasını aradan qaldırmağın yolunu tapdıqlarına inandırılıblar.

"Nəticədə 2420 düşmən terminalı və onların dəqiq koordinatları haqqında məlumat toplaya bildik. Bundan əlavə, müvafiq internet botundan istifadə edən ruslar könüllü olaraq (Ukraynanın hesabına yönəldiyini bilmədən-S.L.) 5870 dollar köçürüblər. Sergey bu vəsaitdən əlavə dronlar almaq üçün istifadə edəcək", - deyə açıqlamada bildirilir.

Müdafiə Nazirliyi aşkar edilmiş bütün "Starlink" terminallarının artıq bloklandığını və toplanan koordinatların sonrakı emal üçün müvafiq şöbələrə ötürüldüyünü vurğulayıb.

Bundan əvvəl bildirilmişdi ki, cəbhə xəttində "Starlink" sistemlərinin bloklanması ilə üzləşən Rusiya işğalçıları ukraynalılara inzibati xidmət mərkəzlərində terminalları qeydiyyatdan keçirmək üçün pul təklif edirlər.

O da xatırladılır ki, Rusiya bölmələri "Starlink" ilə əlaqəni itirdikdən sonra Ukrayna qüvvələri Zaporojyeyə doğru irəliləyib.

Moderator.az onu da xatırladır ki, fevralın 4-ü axşam saatlarında da Ukrayna ərazisində olan işğalçı Rusiya hərbçilərinin "Starlink" peyk rabitə terminallarının işində kütləvi nasazlıq qeydə alınıb.

S.Laçın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
2
moderator.az

3Sources