EN

Estoniya Ordusu Caesar artilleriya sisteminin sayını ikiqat artıraraq 24 ədədə çatdıracaq

Estoniya Müdafiə Nazirliyi özüyeriyən artilleriya sisteminin sayını ikiqat artıraraq əlavə 12 Caesar ö alacaq. Bu barədə müqvilə Müqavilə Estoniya Müdafiə İnvestisiya Mərkəzi, Fransanın müdafiə satınalma agentliyi DGA və istehsalçı KNDS tərəfindən imzalanıb.

ERR-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, ilk 12 haubitsa ötən il Estoniyaya gəlib və Estoniya Diviziyasının 3-cü Özüyeriyən Artilleriya Batalyonu ilə xidmətə başlayıb. Yeni partiyanın ilin sonuna qədər gəlməsi gözlənilir.

Təkərli platformaya quraşdırılmış 155 mm-lik Caesar MK1 özüyeriyən haubitsası 40 km-dən çox məsafədəki hədəfləri vura bilir, standart NATO sursatlarından istifadə edir və yüksək mobilliyə malikdir.

Estoniyanın 2026-cı il üçün müdafiə büdcəsi 2,4 milyard avrodur ki, bu da ÜDM-in 5,4%-ni təşkil edir ki, bu da 2021-ci il səviyyəsindən təxminən dörd dəfə çoxdur.

Əziz MUSTAFA

Chosen
16
1
oxumeni.az

2Sources