EN

Olimpiya Oyunlarından qovulmuşdu, Zelenski təltif etdi

Ukrayna Prezidenti Vladimir Zelenski skeletist Vladislav Qeraskeviçi Azadlıq ordeni ilə təltif edib.

Publika.az xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidentinin rəsmi saytında dərc edilib.

Bu gün, 12 fevralda, ukraynalı olimpiyaçı ” yaddaş dəbilqəsi” taxmaq qadağasını pozduğuna görə Olimpiya Oyunlarından kənarlaşdırılıb.

Fevralın 9-da BOK idmançını müharibə zamanı həlak olan ukraynalı idmançıların şəkillərinin əks olunduğu dəbilqə ilə yarışmasına qadağa qoydu. Ukraynalı idmançıya alternativ təklif edildi – qara lent. Qeraskeviç öz növbəsində qadağaya baxmayaraq, dəbilqə ilə yarışmağı planlaşdırdığını bildirdi.

Chosen
14
4
publika.az

5Sources