EN

Süni intellekt mütəxəssisləri vəzifələrini tərk edirlər Maraqlı səbəb

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

"OpenAI", "Anthropic" və digər tədqiqat mərkəzlərində çalışan bir sıra aparıcı mütəxəssislər vəzifələrini tərk edirlər. Bildirilir ki, onlar süni intellektin (Sİ) insan həyatına həddindən artıq və nəzarətsiz tətbiqi risklərini yetərincə nəzərə almayan korporativ rəhbərliklərin mövqeyinə etiraz olaraq bu addımı atırlar.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, ekspertlər süni intellektin inkişafı ilə bağlı risklərin artdığını vurğulayaraq, onu "ekzistensial təhlükə" adlandırırlar. Qeyd olunur ki, bu riskləri texnologiya nəhənglərinin bəzi rəhbərləri də etiraf edirlər.

"Anthropic" şirkəti tərəfindən dərc edilən hesabatda bildirilir ki, süni intellekt potensial olaraq ağır cinayətlərin planlaşdırılması, o cümlədən kimyəvi silahların hazırlanması məqsədilə istifadə oluna bilər.

Analitiklər əlavə risk kimi süni intellekt sistemlərinin avtonom - yəni insan müdaxiləsi olmadan fəaliyyət göstərməsini qeyd edirlər. Onların fikrincə, bu cür nəzarətsiz fəaliyyət proqnozlaşdırılması çətin olan nəticələrə səbəb ola bilər.

Bundan əvvəl "The New York Times" qəzeti yazıb ki, Nyu-York Fond Birjasında proqram təminatı hazırlayan şirkətlərin səhmləri kəskin ucuzlaşıb. Buna səbəb isə investorların süni intellektin yaxın gələcəkdə ödənişli proqram təminatlarının əksər funksiyalarını əvəz edə biləcəyi ilə bağlı narahatlıqlarıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
oxu.az

1Sources