EN

Azərbaycandan göndərilən yardım Ukraynaya çatdı

Azərbaycandan Ukraynaya göndərilən enerji avadanlıqlarından ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev "X" sosial media hesabında paylaşım edib.

S. Mərdəliyev bildirib ki, Ukraynanın Bakıdakı səfiri Yuri Qusev və Kiyev vilayətinin rəhbəri Mikolay Kalaşnikin iştirakı ilə müvafiq avadanlıqlar İrpin şəhərinə təhvil verilib.

M. Kalaşnik də sosial media hesabında paylaşım edərək göstərilən yardıma görə Azərbaycana təşəkkür edib. "Bu, xalqlarımız arasındakı həqiqi həmrəyliyin nümunəsidir", - Kiyev vilayətinin rəhbəri vurğulayıb.

O qeyd edib ki, Azərbaycan regionun bərpasında uzunmüddətli və etibarlı tərəfdaşdır:

Chosen
37
publika.az

1Sources